Qarabağ Universitetində “Arşın mal alan” operettası nümayiş olundu – Fotolar

DogruSozTv Az
Oxunma vaxtı:22 Saniyə

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Xankəndi Şəhər Günü tədbirləri çərçivəsində Qarabağ Universitetində “Arşın mal alan” operettası nümayiş olunub.

Tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyev, bərpaçı rejissoru Əhəd Hacıyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri – Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, xormeysteri isə Əməkdar artist Vaqif Məstanovdur.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur.

Qarabağ Universitetində “Arşın mal alan” operettası nümayiş olundu - Fotolar

Loading

Next Post

KXDR lideri: Gizli silah hazırlamışıq

Şimali Koreyanın dövlət başçısı Kim Çen In bildirib ki, xalq respublikası özünün müdafiə gücləndirilməsi çərçivəsində gizli silah əldə edib. Onun sözlərini Koreya Mərkəzi Teleqraf Agentliyi yayıb. “Dövlətimiz və partiyamız müdafiə qabiliyyətimizi gücləndirmək üçün davamlı, irəliyə doğru inkişafa çalışır”, – Kim Çen In deyib. O, dəniz gücünün yaradılmasında ilk mühüm addım […]