Oskar mükafatında süni intellektə məhdudiyyət qoyulub

Oxunma vaxtı:31 Saniyə

Kino Sənətləri və Elmləri Akademiyası aktyorluq və ssenaristlik nominasiyaları üzrə Oskar mükafatlarının yalnız insanlar tərəfindən görülən işlərə veriləcəyini açıqlayıb.

Bu barədə BBC məlumat yayıb.

Məlumatda qeyd edilib ki, akademiyanın yaydığı yenilənmiş qaydalara əsasən, aktyorluq yalnız insan ifası olduqda, ssenari isə yalnız insan tərəfindən yazıldıqda mükafata namizəd ola bilər.

Qərar son dövrlərdə süni intellekt texnologiyalarının kino sənayesində geniş yayılması fonunda qəbul olunub. Belə ki, artıq bəzi layihələrdə vəfat etmiş aktyorların süni intellekt vasitəsilə yenidən canlandırılması və ya tam süni aktyorların yaradılması halları müşahidə olunur.

Qeyd edək ki, süni intellektdən istifadə məsələsi son illərdə Hollivudda müzakirə mövzusuna çevrilib və ssenaristlərin tətilində əsas tələblərdən biri olub.

Loading

Next Post

Bakıda və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında mayın üçündə, bəzi bölgələrdə isə üçü və dördündə külək güclənəcək. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi, Naxçıvan MR, Mingəçevir, Gəncə, Naftalan, Goranboy, Neftçala, Salyan, Daşkəsən, Gədəbəy, Quba, Qusar, Xızı, Xaçmaz, Şabran, Siyəzən, Qobustan, Kəlbəcər, Laçın, Cəbrayıl, Füzuli, Zəngilanda isə […]