Leyla Əliyeva Maskatda Sultan Opera Evində olub

Oxunma vaxtı:29 Saniyə

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskatda Sultan Opera Evində olub.

2011-ci ildə rəsmi açılışı olan Opera Evi Omanın mədəniyyət və incəsənət sahəsində ən mühüm məkanlarından biridir. Musiqi gecələri, teatr tamaşaları, eləcə də konfrans və digər tədbirlərin təşkil olunduğu Opera Evində rəsm qalereyası da fəaliyyət göstərir. Sultan Opera Evi tərəfindən təqdim olunan müxtəlif əsərlər Omanın, həmçinin bir çox ölkələrin bədii yaradıcılıq cəhətdən zənginliyini və rəngarəngliyini nümayiş etdirir.

Qeyd edək ki, bura ərəb dünyasında ikinci ən böyük Opera Evi hesab olunur.

Sultan Opera Evi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında əməkdaşlıq mövcuddur.

Loading

Next Post

Toyuq ətini bu şəraitdə istehsal edirlərmiş - GÖRÜNTÜLƏR

Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən, fiziki şəxs Hacıyev Vüqar Füzuli oğluna məxsus quş kəsimi sexində yoxlama keçirilib. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.  Bildirilib ki, AQTA-nın əməkdaşları tərəfindən baxış zamanı müəssisənin sanitar-gigiyenik tələblərə əməl edilmədən qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib. Belə ki, sexdə ev quşlarının […]