Bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

DogruSozTv Az
Oxunma vaxtı:27 Saniyə

Bakıda və Abşeron yarımadasında sentyabrın 19-u axşamdan 21-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Sentyabrın 19-u axşam və 20-si səhər yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.

Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin sentyabrın 22-si gündüzədək davam edəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.

Loading

Next Post

İsrail Livana hücum edib, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb

İsrail Livanın Tebninə bölgəsinə hücum edib. Xəstəxana yaxınlığında bir maşına dəyən zərbə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Hücumun dron və ya qırıcı tərəfindən törədilməsi qeyd olunmayıb.