Pakistanda partlayış baş verib, yeddi nəfər ölüb

Oxunma vaxtı:25 Saniyə

Pakistanın cənub-qərbində baş verən partlayış nəticəsində beşi məktəbli qız olmaqla, azı yeddi nəfər ölüb, 23 nəfər yaralanıb.

Bu barədə “Reuters” polis nümayəndəsinə istinadən məlumat yayıb.

“Partlayış Mastunq şəhərində qızlar məktəbinin yanında park edilmiş motosikletə bərkidilmiş əldəqayırma qurğudan baş verib. Hədəf polis furqonu idi”, – məlumatda qeyd edilib.

Bildirilib ki, ölənlər arasında bir polis əməkdaşı da var, zabitlər də daxil olmaqla 23 nəfər yaralanıb.

Qeyd edilib ki, partlayışa görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

Pakistanın Baş naziri Şahbaz Şərif bəyanatında bu terror aktını pisləyib.

Loading

Next Post

Ermənistan COP17-nin ev sahibi seçildi

Ermənistan 2026-cı ildə BMT-nin Biomüxtəliflik Konvensiyası Tərəflərinin 17-ci konfransına ev sahibliyi edəcək. Bu barədə məlumatı Ermənistanın ətraf mühit naziri Akop Simidyan öz sosial şəbəkə hesablarında paylaşıb. Bildirilib ki, Kolumbiyada keçirilən COP16 iqlim konfransının iştirakçı ölkələri Ermənistanı sözügedən tədbir üçün ev sahibi seçib. Qeyd edək ki, COP16 oktyabrın 21-dən noyabrın 1-nə […]