Gürcüstan Prezidenti: Cənubi Qafqazda sülh və sabitliyi dəstəkləyirik

Oxunma vaxtı:26 Saniyə

Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyi dəstəkləyir və bu prosesə töhfə verməyə hazırdır.

Bunu ölkə Prezidenti Mixail Kavelaşvili Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşü zamanı bildirib.

O, Azərbaycan nümayəndə heyətini Orbeliani sarayında qəbul edib.

Görüşdə tərəflər Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığın əsas istiqamətlərini müzakirə ediblər. Ölkələrin müxtəlif beynəlxalq və regional formatlarda uğurlu əməkdaşlığının əhəmiyyəti vurğulanıb.

Görüşdə həmçinin Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq məsələləri də müzakirə olunub.

M.Kavelaşvili Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyi davamlı dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib.

Loading

Next Post

Şimali Makedoniya Prezidenti Bakıda Zəfər parkını ziyarət edib

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova martın 11-də Bakıda Zəfər parkını ziyarət edib. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Şimali Makedoniya Prezidenti Zəfər abidəsinin önünə əklil qoydu. Sonra ali qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda […]