ABŞ-də Çarli Kirkin qətlində təqsirləndirilən şəxs məhkəmə qarşısına çıxarılıb

DogruSozTv Az
Oxunma vaxtı:49 Saniyə

ABŞ-li fəal mühafizəkar Çarli Kirkin qətlində şübhəli bilinən Tayler Ceyms Robinson videobağlantı vasitəsilə ilk dəfə məhkəmə qarşısına çıxarılıb.

Bu barədə Britaniyanın “Daily Mail” qəzeti məlumat yayıb.

“Hakim ona qarşı irəli sürülən ittihamları oxuyanda 22 yaşlı gənc fikri dağınıq və laqeyd görünürdü”, – qəzet qeyd edib.

Bildirilir ki, təqsirləndirilən şəxsin intihara cəhdlərin qarşısını almaq üçün ona xüsusi paltar geyindirilib. Bütün iclas zamanı hakim ondan özünü təqdim etməsini istəyəndə şübhəli şəxs yalnız bir dəfə danışıb.

Sentyabrın 10-da Yuta Universitetində çıxış edərkən qətlə yetirilən siyasi fəal Çarli Kirk ABŞ Prezidenti Donald Trampın 2024-cü il prezident seçkilərində qələbə qazanmasında mühüm rol oynayıb.

Daha əvvəl bildirilib ki, Çarli Kirki öldürməkdə şübhəli bilinən Yuta ştatının 22 yaşlı sakini Tayler Ceyms Robinsonu ölüm cəzası gözləyir. Yuta ştatının prokuroru Ceff Qrey bildirib ki, Çarli Kirk başqaları üçün yüksək ölüm riski yaradan şəraitdə qəsdən və bilərəkdən öldürülüb.

Prokuror həmçinin Kirkin qatilinə ölüm cəzası tələbi barədə bildiriş təqdim etdiyini bildirib. O, Robinsonu odlu silahdan istifadə ilə ağır cinayət törətməkdə ittiham edib.

Loading

Next Post

Prezident “Qarabağ”ı təbrik etdi

Prezident İlham Əliyev “Qarabağ” Futbol Klubunu təbrik edib. Təbrikdə deyilir: “Qitənin ən nüfuzlu klub turnirində – Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanması münasibətilə Ağdamın “Qarabağ” futbol klubunu ürəkdən təbrik edirəm. Bu, Azərbaycan futbolunun, Azərbaycan idmanının tarixi zəfəridir. “Qarabağ”ın Avropanın köklü klublarından biri olan “Benfika” ilə səfər matçında oyunun gedişində […]