Prezident “Qarabağ”ı təbrik etdi

DogruSozTv Az
Oxunma vaxtı:33 Saniyə

Prezident İlham Əliyev “Qarabağ” Futbol Klubunu təbrik edib.

Təbrikdə deyilir:

“Qitənin ən nüfuzlu klub turnirində – Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanması münasibətilə Ağdamın “Qarabağ” futbol klubunu ürəkdən təbrik edirəm. Bu, Azərbaycan futbolunun, Azərbaycan idmanının tarixi zəfəridir.

“Qarabağ”ın Avropanın köklü klublarından biri olan “Benfika” ilə səfər matçında oyunun gedişində möhtəşəm geridönüş edərək parlaq qələbə çalması onun məğlubedilməz ruhunu, mübarizə əzmini göstərir.

Bu qələbə ilə doğma komandamız Azərbaycan xalqına böyük sevinc bəxş etmişdir. Hər bir azərbaycanlı Avropada xariqələr yaradan “Qarabağ”la qürur duyur.

Komandamıza Çempionlar Liqasının növbəti oyunlarında uğurlar və yeni-yeni zəfərlər arzu edirəm”.

Xatırladaq ki, “Qarabağ” – “Benfika” qarşılaşması Azərbaycan təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Loading

Next Post

Azərbaycanda institutun adı dəyişdi - QƏRAR

Nazilər Kabineti Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun adının dəyişdirilməsi və bununla əlaqədar bəzi qərarlarında dəyişiklik edilməsi haqqında qərar qəbul edib.  Qərarı Baş nazir Əli Əsədov imzalayıb.  Qərara əsasən, İnstitut bundan sonra Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutu adlandırılacaq.