DİM: Bu il ali təhsil müəssisələrinə qəbul planı 96,27 % dolub

Oxunma vaxtı:24 Saniyə

Bu il ali təhsil müəssisələrinə qəbul planı 96,27 % dolub.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə İTV-nin efirində deyib.

Onun sözlərinə görə, bu il universitetlərə tələbə qəbulu 2 minə yaxın artıb:

“Bu, yüksək göstəricidir. Belə ki, I qrup üzrə 92,05 %, II qrup üzrə 98,12 % qrupda, III qrup üzrə 99,88 %, IV qrup üzrə isə 95,39 % plan yeri dolub. Bundan başqa, V ixtisas qrupu üzrə 96,84 % plan yeri dolub”.

Loading

Next Post

Ağdərənin bəzi ərazilərində yeni yanğınlar başlayıb

Ağdərə rayonunun bəzi ərazilərində yeni yanğınlar müşahidə edilir. “Report”un Qarabağ bürosunun əldə etdiyi xəbərə görə, yanğın hadisəsi rayonun Sırxavənd kəndi ərazisində başlayıb. Kolluq ərazidə başlayan və qısa müddətdə yayılan yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Ağdərə və Ağdam rayonunun yanğınsöndürən bölməsinin əməkdaşları cəlb olunub. Hazırda yanğın davam edir. Qeyd edək […]