Cari tədris ilində tələbə qəbulu planı artırılıb

Oxunma vaxtı:22 Saniyə

Cari tədris ilində tələbə qəbulu planı artırılıb, ali təhsil pilləsi üzrə 80 154 yer planlaşdırılıb və 74 000 nəfər ali təhsil müəssisələrinə qəbul olunub.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ilk dəfə olaraq doktorantura pilləsi üzrə bütün namizədlərin dövlət sifarişi hesabına qəbulu təmin edilib. Əmək bazarının tələblərinə və ölkənin sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun olaraq dövlət sifarişinin təkmilləşdirilməsi məqsədilə dövlət sifarişli yerlərin sayı artırılıb və 36 140 yerə çatdırılıb.

Loading

Next Post

2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildi

Azərbaycanda 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncam Azərbaycan Konstitusiyasının bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümü nəzərə alınaraq imzalanıb. Sənədə əsasən, Prezident […]