Ermənistanın Baş naziri: Yalnız Qarabağ məsələsinin həlli Azərbaycanla sülhü mümkün etdi

Oxunma vaxtı:25 Saniyə

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, yalnız Qarabağ məsələsinin həlli Azərbaycanla sülhü mümkün edib.

Bu barədə “Report” Ermənistan liderinin xalqa müraciətinin canlı yayımına istinadən xəbər verir.

“Mən demişdim ki, Qarabağ münaqişəsini davam etdirməmək məntiqi ilə Ermənistana rəhbərlik edəcəyəm və xalq bu məntiqlə razılaşmırsa, qoy inqilab etsin. Amma siz inqilab etmədiniz, çünki mənim kimi siz də başa düşdünüz ki, Qarabağ məsələsi həll olunmasa, sülh olmayacaq. Bəzi qüvvələr Qarabağ məsələsindən sadəcə olaraq Ermənistanda öz problemlərinin həlli üçün alət kimi istifadə ediblər”, – o deyib.

Loading

Next Post

Bakının bəzi ərazilərində qaz olmayacaq

Xətai rayonunun 8 Noyabr prospekti ilə N.Rəfiyev küçəsinin kəsişməsi, M.Mehdizadə küçəsi, həmçinin “Qaz İxrac” İdarəsi tərəfindən “30-cu sahə” QPS-də aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar avqustun 19-u saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb Xətai rayonu üzrə N.Rəfiyev, M.Mehdizadə, H.Salmani […]