Baş prokuror paytaxtın Xətai rayonunda vətəndaşları qəbul edib

Oxunma vaxtı:22 Saniyə

Baş prokuror Kamran Əliyev Bakı şəhəri Xətai rayon prokurorluğunun inzibati binasında Xətai rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Qeyd edilib ki, qəbulda iştirak edən 33 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Loading

Next Post

Magistraturaya sənəd qəbulu avqustun 4-dək uzadılıb

Ali təhsil pilləsinin magistratura səviyyəsinə sənəd qəbulu prosesi 2025-ci ilin 4 avqust tarixinədək uzadılıb. Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, müraciətçilər https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçməklə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər.