DİN-də əməliyyat müşavirəsi keçirilib, azad olunan ərazilərdə mövcud əməliyyat şəraiti təhlil edilib

Oxunma vaxtı:52 Saniyə

Daxili İşlər Nazirliyində iyulun 25-də işğaldan azad olunan ərazilərdə xidmətin təşkili və ictimai təhlükəsizliyin təmin olunmasına dair onlayn formatda əməliyyat müşavirəsi keçirilib.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə keçirilən müşavirədə bölgədə mövcud əməliyyat şəraiti, şəxsi heyətin xidməti fəaliyyəti və əhali ilə qurulmuş qarşılıqlı əlaqə təhlil edilib.

Qeyd olunub ki, həmin ərazilərdə ictimai qaydanın qorunması, yerli əhalinin, turistlərin, eləcə də əmlak və şəxsi təhlükəsizliyin təmin olunması, maarifləndirici-profilaktik tədbirlərin davam etdirilməsi prioritet istiqamətlərdən olmaqla diqqətdə saxlanılmalıdır.

Müşavirədə xüsusilə yanğın təhlükəsizliyi məsələlərinə geniş yer ayrılıb. Yay mövsümündə havaların isti və quraq keçməsi fonunda meşəlik və açıq sahələrdə yanğın təhlükəsinin artdığı, buna qarşı profilaktik tədbirlərin intensivləşdirildiyi vurğulanıb.

Aidiyyəti xidmət rəhbərlərinə bölgədə nəzarətin gücləndirilməsi, riskli sahələrdə fasiləsiz monitorinqin aparılması, vətəndaşlar arasında odla ehtiyatsız davranışın doğura biləcəyi təhlükələrlə bağlı davamlı izahat işlərinin həyata keçirilməsi, xidmətin yüksək peşəkarlıqla və əzmlə aparılmasının vacibliyi barədə konkret tapşırıqlar verilib.

Diqqətə çatdırılıb ki, müvafiq ərazilərdə asayişin təmini, əmlak və ekoloji təhlükəsizliyin qorunması, o cümlədən yanğınla bağlı məsuliyyət tədbirlərinin görülməsi sahəsində daxili işlər orqanlarının üzərinə düşən vəzifələr tam icra olunmalıdır.

Loading

Next Post

Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq

Bu gün Naxçıvan şəhərinin bəzi ərazilərinə içməli suyun verilməsi dayandırılacaq. Şəhərin Azərbaycan məhəlləsinin bir hissəsini, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərini içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri ilə əlaqədar bu gün saat 9:00-dan suyun verilməsində fasilə yaranacaq. İşlər gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki […]