Məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə start verilir

Oxunma vaxtı:49 Saniyə

Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə start verilir.

Bu barədə Bakı Şəhər Təhsil İdarəsi məlumat yayıb.

İyulun 25-də saat 11:00-dan etibarən Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün valideynlər elektron qaydada növbə yarada biləcəklər.

2020 və 2021-ci il təvəllüdlü uşaqlar üçün növbələr saat 11:00-da 2022, 2023 və 2024-cü il təvəllüdlü uşaqlar üçün isə növbələr saat 15:00-da aktiv olacaq.

Məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum 5 (beş) gündən sonra həyata keçiriləcək. Növbə sorğuya çevrildikdən sonra valideyn (və ya qanuni nümayəndə) 7 (yeddi) gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir. Əks təqdirdə sorğu silinəcək və növbəli şəkildə başqa uşağın qəbulu aparılacaq.

Məlumat üçün bildiririk ki, valideynlər www.bq.edu.az saytına daxil olmaqla 2025-2026-cı tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu ilə bağlı elektron kabinet yarada bilərlər.

Loading

Next Post

İdlibdə partlayış nəticəsində dörd nəfər ölüb, 100-dən çox yaralı var - YENİLƏNİB

Suriyanın İdlib vilayətinin Maarat-Misrin yaşayış məntəqəsində baş verən partlayış nəticəsində ən azı dörd nəfər həlak olub, daha 116 nəfər yaralanıb. Bu barədə SANA agentliyinə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Onların arasında qadınlar və uşaqlar var. Məlumata görə, bunlar ilkin məlumatlardır, ölənlərin sayı arta bilər. Xilasetmə briqadaları hadisə yerində işləyir. […]