İdlibdə partlayış nəticəsində dörd nəfər ölüb, 100-dən çox yaralı var – YENİLƏNİB

Oxunma vaxtı:25 Saniyə

Suriyanın İdlib vilayətinin Maarat-Misrin yaşayış məntəqəsində baş verən partlayış nəticəsində ən azı dörd nəfər həlak olub, daha 116 nəfər yaralanıb.

Bu barədə SANA agentliyinə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Onların arasında qadınlar və uşaqlar var.

Məlumata görə, bunlar ilkin məlumatlardır, ölənlərin sayı arta bilər. Xilasetmə briqadaları hadisə yerində işləyir.

Sursat anbarında baş verən partlayışın səbəbləri araşdırılır.

***

Suriyanın İdlib vilayətində partlayış baş verib.

Partlayış Maarrat-Misrin bölgəsində baş verib. Məlumata görə, bir neçə nəfər həlak olub.

Partlayışın səbəbi hələlik müəyyən edilməyib.

Loading

Next Post

Cənub bölgəsinin bir çox hissəsində işıq olmayacaq

Bu gün Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) bir sıra ərazilərində təmir və yenidənqurma işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 10:00-dan 11:00-dək Biləsuvarın Arazbarı, Nərimankənd, Səmədabad, saat 08:00-dan 12:00-dək Cəlilabadın Abazallı, Boyxanlı, Cəlayir, Dələli, Korlar, Külünclü, Qarakazımlı, Məlikqasımlı, Məmmədrzalı, Məşədilər, Mirzəli, Moranlı, Novruzallı, Şükürlü, Tatlar, Təklə, Yusifli, […]