Rəşad Nəbiyev Füzulidə vətəndaşları qəbul edəcək

Oxunma vaxtı:27 Saniyə

İyulun 25-də, saat 09:00-da rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Füzuli rayonunun Horadiz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Beyləqan, İmişli, Xocavənd və Füzuli rayonlarının sakinlərini qəbul edəcək.

Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula iyulun 24-nə qədər nazirliyin Çağrı mərkəzi (1655) və elektron poçtu (office@mincom.gov.az), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

Loading

Next Post

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankının (AMB) Valyuta ehtiyatlarının idarə edilməsi Departamentinə direktor təyin edilib. Bu vəzifə Rəna Cəlilovaya həvalə olunub. O, 2010-cu ildən AMB-də – Risk idarəetmə, Bazar əməliyyatları departamentlərində müxtəlif vəzifələrdə çalışıb. Lakin 2017-ci ilin noyabr ayından 2025-ci ilin iyun ayınadək Avropa Sabitlik Mexanizmində portfel meneceri vəzifəsində çalışıb.