Yoluxma halları daha çox yas mərasimlərində olur – TƏBİB

Oxunma vaxtı:23 Saniyə

Edilən müraciətlərdən də görürük ki, yoluxma halları daha çox yas mərasimlərində olur.

Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

Onun sözlərinə görə, Qələbədən sonra insanlar sevinclərini paylaşmaq üçün toplaşır. Eyni zamada, şəhidlərin dəfn mərasimləri keçirilir:

“Bu hallarda da insanlar arasında ara məsafə itir. Belə məkanlarda maskanın ya qətiyyən, ya da doğru istifadə olunmadığını müşahidə edirik. Təbii ki, belə yerlərdə virusun yayılma riski çox yüksəkdir”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Dünya şahiddir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını necə viran qoyur - Deputat

Bu gün dünya şahiddir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını necə viran qoymaqla məşğuldur. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə ermənilərin Ağdam və Kəlbəcərdə infrastruktura ziyan vuraraq, evləri və sosial obyektləri yandıraraq çıxmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, işğaldan azad edilən Azərbaycan torpaqlarını təhvil verməli […]