Bahar Muradova: Xarici dildə təhsil verən müəssisələrdə Azərbaycan dilində dərsliklərin olması vacibdir

Oxunma vaxtı:27 Saniyə

Xarici dildə təhsil verən müəssisələrdə Azərbaycan dilində dərsliklərin olması vacibdir.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Beynəlxalq Ailə Gününə həsr edilmiş “Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində vacib amil kimi” mövzusunda konfransda deyib.

O qeyd edib ki, bunu həyata keçirmək üçün xüsusi proqram hazirlana bilər:

“Problem budur ki, həmin təhsil müəssisələrində yüksək nailiyyətlərə imza atan şagirdlər öz tarixinə, mədəniyyətinə yetərincə bələd olmur. Ona görə bu kimi istiqamətlərdə dərsliklərin Azərbaycan dilində olması vacibdir. Bu məsələ ilə bağlı aidiyyəti qurumlarla birlikdə işləməliyik”.

Loading

Next Post

Xalq artisti Arif Babayevə Heydər Əliyev Mükafatı təqdim olunub

Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Xalq artisti Arif Babayevə Heydər Əliyev Mükafatını təqdim edib. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, F.Əliyeva Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın salamlarını və təbriklərini ustad xanəndəyə çatdırıb. A.Babayev Ümummilli Lider Heydər Əliyevin […]