Bakıda iki avtomobil toqquşub, 1 ölü, 5 yaralı var

Oxunma vaxtı:34 Saniyə

 
Bakıda iki avtomobil toqquşub.

Sabunçu rayon ərazisində1965-ci il təvəllüdlü Abasov Rizvan Vaqif oğlunun idarə etdiyi “Kia Rio” markalı avtomobil ilə 1993-cü il təvəllüdlü Baxışzadə Təbriz Ələz oğlunun idarə etdiyi “Skoda Rapid” markalı avtomobilin toqquşub.

Nəticədə “Kia Rio” markalı avtomobilin sürücüsü R.Abasov hadisə yerində ölüb. Həmin vaxtı yanında olan oğlu 1991-ci il təvəllüdlü Abasov Kənan Rizvan oğlu, eləcə də “Skoda Rapid” markalı avtomobilin sürücüsü T.Baxışzadə, sərnişinlər – 1986-cı il təvəllüdlü İsmayılov Rahib Sahib oğlu, 1961-ci il təvəllüdlü Əliyev Nazim Vahab oğlu, və 1995-ci il təvəllüdlü Qurbanov Qurban Saqif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Sabunçu Tibb Mərkəzi PHŞ-nə yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanılıb.

Loading

Next Post

Dövlət Xidməti: Bu il 6 mindən artıq istifadəçi hakerlərin qurbanına çevrilib

Bu ilin I yarısında Azərbaycanda 7 dövlət qurumunun 95 əməkdaşı kibergigiyena qaydalarına riayət etmədiyinə görə haker hücumlarının qurbanına çevrilib. Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) məlumat yayıb. Bidirilir ki, 6 200-dən artıq istifadəçinin hakerlərin qurbanına çevrildiyi müəyyən olunub. XRİTDX dövlət qurumlarını mövcud və yarana biləcək təhlükələrdən […]