Binədə 18 yaşlı qız itkin düşdü – FOTO

alfonsonri
Oxunma vaxtı:35 Saniyə

Bakıda 18 yaşlı qız itkin düşüb.

Bu barədə Dogrusoztv.az-a DİN-dən məlumat verilib.

Xəzər rayonu Binə qəsəbəsi sakini 18 yaşlı Şəfa İsgəndərli aprelin 4-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Bu barədə həmin şəxsin valideynləri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə məlumat veriblər.

İtkin düşən şəxs evdən çıxan zaman əynində qara rəngli kurtka, şalvar və köynək olub.

Şəkildə gördüyünüz Şəfa İsgəndərlinin yeri barədə məlumatı olan şəxslərdən DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə və 012-590-72-03, 012-456-03-02, 055-751-59-82, 055-215-21-20, 050-257-55-55 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Loading

Next Post

İlham Əliyev Qazaxıstanda səfərdədir - FOTOLAR

Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasına rəsmi səfərə gedib. Dogrusoztv.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Qazaxıstanın Baş naziri Alixan Smailov və digər rəsmi şəxslər qarşılayıblar.