Dünya bazarlarında neft iki dollara yaxın bahalaşıb

Oxunma vaxtı:32 Saniyə

Dünya bazarlarında neft iki dollara yaxın bahalaşıb.

İyulun 11-də dünya bazarlarında neft qiymətləri artıb.

Belə ki, Nyu-York birjasında (NYMEX) WTI markalı xam neftin avqust fyuçerslərinin qiyməti 1,88 ABŞ dolları və ya 2,82% artaraq 68,45 dollar/barel təşkil edib.

ICE London birjasında Brent markalı neftin sentyabr fyuçersləri isə 1,72 dollar və ya 2,51% bahalaşaraq 70,36 dollar/barel olub.

Analitiklər qeyd edirlər ki, qiymət artımı əsasən ABŞ-da neft ehtiyatlarının azalması, Çin və Hindistan kimi iri istehlakçılardan gələn tələbat siqnalları, dolların zəifləməsi və Yaxın Şərqdə artan geosiyasi gərginliklərlə izah olunur. Bu faktorlar bazarda təklif və tələbat balansına dair narahatlıqları gücləndirib.

Loading

Next Post

Azərbaycanda ən çox nikah qeydə alınan rayon məlum olub

Ötən il Azərbaycanda hər min nəfərə düşən nikah hallarının ən çox və ən az qeydə alındığı rayonlar məlum olub. “Report”un əldə etdiyi məlumata görə, 2024-cü ildə 49 min 508 nikah qeydə alınıb. Onlardan 11 min 638-i Bakıda, 2247-si Naxçıvan Muxtar Respublikasında, 2716-sı Abşeron-Xızı iqtisadi rayonunda, 1785-i Dağlıq Şirvan iqtisadi rayonda […]