Klublararası dünya çempionatında 1/4 final cütləri bəlli olub

Oxunma vaxtı:21 Saniyə

ABŞ-də keçirilən futbol üzrə klublararası dünya çempionatında 1/4 final cütləri müəyyənləşib.

Bu, 1/8 final mərhələsinin son iki oyunundan sonra bəlli olub.

Braziliya təmsilçilərindən “Fluminense” bu raundda Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandası, “Palmeyras” İngiltərənin “Çelsi” klubu ilə üz-üzə gələcək.

Fransanın PSJ kollektivi Almaniya çempionu “Bavariya”nın, İspaniya təmsilçisi “Real” isə “Borussiya” (Dortmund) komandasının müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, 1/4 final oyunlarına iyulun 4-də start veriləcək.

Loading

Next Post

Zaxarova: Rusiya və Azərbaycan arasında dostluq münasibətləri son dərəcə əhəmiyyətlidir

Rusiya və Azərbaycan arasında dostluq münasibətləri son dərəcə əhəmiyyətlidir, onları pozmaq istəyənlər nə etdikləri barədə yaxşı düşünməlidirlər.Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “Sputnik” radiosunun efirində bildirib.