Hidayət Heydərov: “Daha güclü qayıdacağım anı səbirsizliklə gözləyirəm”

Oxunma vaxtı:24 Saniyə

Azərbaycanın olimpiya, dünya və Avropa çempionu olan cüdoçusu Hidayət Heydərov tezliklə tam sağalıb tatamiyə daha güclü qayıdacağı anı səbirsizliklə gözləyir.

Bu barədə 27 yaşlı idmançı şəxsi instaqram hesabında yazıb.

O, bu gün Monteneqroda start götürən Avropa çempionatında xəstəlik səbəbindən iştirak edə bilməyəcəyini xatırladıb:

“Sizinlə yenidən görüşmək fürsətini qaçırdığım üçün təəssüflənirəm. Dəstəyinizə görə hər birinizə təşəkkür edirəm”.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edəcək. Yığma həmçinin qarışıq komanda yarışında çıxış edəcək.

Loading

Next Post

Paşinyana xidmət edən “Ermənistan” – parlamentdə oynanılan "dava" tamaşası - ŞƏRH

Ermənistan parlamentində yenə əlbəyaxa dava düşüb. Məlumata görə qarşıdurma hakim Vətəndaş Müqaviləsi Partiyasının deputatları ilə müxalif “Ermənistan” parlament fraksiyasından olan həmkarları arasında olub.Hadisə qondarma soyqırımı inkarına görə cinayət məsuliyyətinin tətbiqi təşəbbüsünün müzakirəsindən sonra baş verib. Toqquşmadan əvvəl parlament sədri Alen Simonyan “Ermənistan” fraksiyasının tərkibinə daxil olan müxalifətçi “Daşnaksütyun” partiyasının nümayəndələrinə […]