“Brent” nefti ucuzlaşıb, WTI isə cüzi bahalaşıb

Oxunma vaxtı:18 Saniyə

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” markalı neftin ixracına dair 2025-ci ilin avqust müqaviləsinin dəyəri 0,13% azalıb 1 barelə görə 76,6 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqust ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,07% artaraq 73,55 ABŞ dollarına bərabər olub.

Loading

Next Post

I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha bir şəhid dəfn olunacaq. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. İtkin-şəhid hərbçi Ələsgərov Fuad Cəfər oğludur. Onun nəşinin qalıqları sabah saat 15.00-da Tovuz rayonu Ağbaşlar kənd qəbiristanlığında dəfn olunacaq.