Yeni dərs ilində məktəb formaları dəyişəcək? – RƏSMİ

Oxunma vaxtı:47 Saniyə

Mediada yeni tədris ilindən məktəbli formalarının dizaynının dəyişəcəyi və qiymətləri ilə bağlı müxtəlif müzakirələr gedir.

Bu mövzuya aydınlıq gətirmək üçün “Bakı Tikiş Evi” (BTE) ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov AzEdu.az-a açıqlama verib.

E. Əzimov mövcud formaların istifadəsinin davam etdiyini və yeni dizaynların hər il dəyişməsi barədə yayılan məlumatların həqiqətə uyğun olmadığını vurğulayıb.

O bildirib ki, məktəbli formalarının dizaynı Azərbaycan Respublikasının müvafiq qurumları tərəfindən müəyyən olunur və heç bir şəxsin və ya təşkilatın bunu dəyişmək səlahiyyəti yoxdur.

“Yeni forma təqdim olunduqda, əvvəlki dizaynlar da ləğv olunur. Məsələn, 2010-cu ildən 2020-ci ilə qədər istifadə edilən formalar eyni standartlara əsaslanıb. İndiki dizaynda da hər il dəyişiklik edilmir”.

Qiymətlərlə bağlı suallara cavab olaraq, Etibar Əzimov qeyd edib ki, keçən il qiymətlərdə 20 faiz endirim olunub: 

“Formalarımız 100% pambıqdan hazırlanır və təbii parçalardan istifadə olunur. Bazarda isə digər formalarda sintetik qarışıqlar daha çoxdur. Buna görə də bizim qiymətlərimiz minimal səviyyədədir və keyfiyyətə uyğun müəyyən olunur”.

Loading

Next Post

Xankəndi şəhərində yeni yaşayış binaları tikiləcək

Xankəndi şəhərində aparılan genişmiqiyaslı tikinti quruculuq işləri çəricəvəsində yeni yaşayış binaları inşa ediləcək.Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov bu gün keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda panel çıxışı zamanı bildirib. Qeyd edib ki, Xankəndi şəhərində inşa edilən yaşayış binalarının əksəriyyəti ötən əsrin 1950-1960-cı […]