UEFA Çempionlar Liqası: Bu gün 2024/2025 mövsümünün qalibi müəyyənləşəcək

Oxunma vaxtı:35 Saniyə

UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün qalibi bu gün müəyyənləşəcək.

Həlledici görüşdə İtaliyanın “İnter” və Fransanın PSJ klubları üz-üzə gələcəklər.

Almaniyanın Münhen şəhərindəki “Alyans Arena”da, saat 23:00-da başlayacaq qarşılaşmanı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.

UEFA Çempionlar Liqasını ən çox qazanan komanda İspaniya təmsilçisi “Real”dır. Madrid klubu 15 dəfə kuboku başı üzərinə qaldırıb.

Finalda iştirak edən komandalardan “İnter” tarixi ərzində 3 dəfə (1963/1964, 1964/1965, 2009/2010) yarışın qalibi adını qazanıb. Fransa klubu isə heç vaxt belə sevinc yaşamayıb.

Turnirin tarixində ən çox qol vuran futbolçu Portuqliya yığmasının və “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldudur (141).

Qeyd edək ki, UEFA Çempionlar Liqasının son qalibi İspaniyanın “Real” klubu olub.

Loading

Next Post

Azərbaycanda 47 uşaq himayədar ailələrə verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ötən dövrdə 47 uşaq himayədar ailələrə verib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, bununla əlaqədar qanunvericiliyə uyğun olaraq dövlət qurumu ilə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb. Qeyd olunub ki, himayədar […]