Bu gün 5 güləşçimiz Olimpiya lisenziyası uğrunda mübarizəyə başlayır

Oxunma vaxtı:42 Saniyə

Bu gün Bakıda güləş üzrə olimpiya lisenziya turnirində qadın güləşçilər mübarizəyə başlayacaqlar.

Sərbəst güləş üzrə turnirdə Azərbaycanın 5 idmançısı mübarizəyə qoşulacaq. Mariya Stadnik (50 kq) və Jalə Əliyevə (57 kq) startdan azaddırlar və ilk görüşlərini 1/4 finalda keçirəcəklər.

Digər 3 idmançımız – Elnura Məmmədova (53 kq), Birgül Sultanova (62 kq) və Elis Manolova (68 kq) isə yarışa təsnifat mərhələsindən (şərti olaraq 1/8 final) start verəcəklər. E.Məmmədova bu mərhələdə Veronika Ryabovolova (Makedoniya), B.Sulanova Amelin Duarre (Fransa), E.Manolova isə Mimi Xristova (Bolqarıstan) ilə qarşılaşacaq.

Təsnifat mərhələsi saat 10:30-da, yarımfinallar 18:00-da başlanacaq. Qeyd edək ki, yarımfinalın qalibləri 2024-cü ildə Parisdə keçiləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar. Bakı turnirində final olmayacaq.

Əlavə edək ki, dünən ilk mübarizəyə qoşulan 4 yunan-Roma güləşçimizdən (Beka Kandelaki, Nihat Məmmədli, İslam Abbasov və Murad Əhmədiyev) heç biri lisenziya qazana bilməyib.

Loading

Next Post

Pensiyalar gələn həftə ödəniləcək

Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyalar aprelin 9-da ödəniləcək. Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.