Babək Quliyev vəfat etdi

Oxunma vaxtı:16 Saniyə

Əməkdar mədəniyyət işçisi Babək Quliyev vəfat edib.

70 yaşlı fotoqraf mayın 25-i dünyasını dəyişib.

B. Quliyev uzun illər Mədəniyyət Nazirliyində, həmçinin “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərib. Müdafiə Nazirliyində fotoreportyor, hərbi operator kimi çalışıb, cəbhə bölgələrində çoxsaylı çəkilişlər edib. Qarabağ müharibəsi veteranıdır.

Qeyd edək ki, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Azər Quliyev mərhumun qardaşıdır.

Loading

Next Post

İlham Əliyev Laçında - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialının açılışında iştirak edib.“Laçın Aqro-Sənaye Parkı”nda işə başlayan müəssisələrdən biri də “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialıdır. Ümumi dəyəri 367,9 min manat olan müəssisədə əsasən Laçın sakinləri olmaqla 15 nəfər işlə təmin ediləcək. Müəssisə kişi, qadın və uşaqlar üçün ayda […]