Azərbaycan səfiri İranın mədəniyyət və islami irşad naziri ilə görüşüb

DogruSozTv Az
Oxunma vaxtı:25 Saniyə

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə İranın mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehi ilə görüşüb.

Bu barədə səfirliyin sosial media hesabında paylaşım edilib.

Görüşdə hər iki ölkənin xalqlarının ortaq tarixi, mənəvi və mədəni bağlılığının əlaqələrin möhkəmləməsinə verdiyi töhfə vurğulanaraq mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın önəmi qeyd olunub.

Qarşılıqlı olaraq mədəniyyət günlərinin hər iki ölkənin paytaxt və regionlarında keçirilməsi, müştərək sərgilərin, konfransların, səfərlərin təşkil olunması, dini, tarixi -mədəni abidələrinin qorunması və digər müştərək layihələrin icrası istiqamətində fikir mübadiləsi aparılıb.

Azərbaycan səfiri İranın mədəniyyət və islami irşad naziri ilə görüşüb

Loading

Next Post

Azərbaycan dövlət başçısı Şimali Makedoniya Prezidentinə məktub ünvanlayıb

Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovaya təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Hörmətli xanım Prezident, Şimali Makedoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Hazırda Azərbaycan-Şimali Makedoniya münasibətlərinin inkişaf dinamikası məmnunluq doğurur. Sağlam […]