Ərdoğan Qarabağ atları ilə olan çıxışı ayaqüstdə alqışlayıb

Oxunma vaxtı:34 Saniyə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən VII Beynəlxalq Etnoidman və Mədəniyyət Festivalında Azərbaycan komandasının çıxışına baxıb.

Dünya Etnoidman Konfederasiyasının təşkilatçılığı ilə keçirilən tədbir dünyanın hər yerindən ənənəvi idman növlərinin həvəskarlarını bir araya gətirib.

Ərdoğan folklor qruplarının çıxışlarını maraqla izləyib, onların arasında Qarabağ atları ilə akrobatik atçılıq şousu xüsusilə seçilib.

Şou zamanı atlılar Türkiyə və Azərbaycanın bayraqlarını qaldırıblar. Türkiyə lideri ayağa qalxaraq onları gurultulu alqışlarla dəstəkləyib.

Xatırladaq ki, festivalda Azərbaycanı Dövlət Sərhəd Xidmətinin tərkibi 100 nəfərdən çox olan nümayəndə heyəti, Türkiyədəki səfirlikdə Azərbaycan Mədəniyyət Mərkəzinin qurduğu çadır və 20 Qarabağ atı təmsil edir. Ölkənin tədbirdə iştirakını Azərbaycan Atçılıq Federasiyası təşkil edib.

Mayın 25-dək davam edəcək festivalda ümumilikdə Qarabağ atlarının 6 çıxışı nəzərdə tutulub.

Loading

Next Post

Bakının bir sıra yollarında tıxac yaranıb

Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 3. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 4. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində; 5. Alı Mustafayev küçəsi, Ziya […]