Boşanan 17 yaşlı qız görün nəyə görə intihar edib? – ŞOK TƏFƏRRÜATLAR – YENİLƏNİB

Oxunma vaxtı:37 Saniyə

Sabirabadda 17 yaşlı qızın intihar etməsi barədə xəbər vermişdik.

BiG.AZ xəbər verir ki, lent.az 17 yaşlı Zəhra Qurbanlının canına qəsd etməsinin şok təfərrüatlarını öyrənib.

Məlum olub ki, kimyəvi məhlul içərək özünü öldürən yeniyetmə əvvəllər evli olub və boşanıb.

Hadisə baş verən gün 17 yaşlı Zəhra Qurbanlını yaşadığı evdə keçmiş əri Yusif Mirzəyev, anası, xalası və xalasının oğlu Aqşin döyüb.

O, məhz buna görə intihar edibmiş.

Faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır.

11:07
Sabirabad şəhər sakini, 2006-cı il təvəllüdlü Qurbanlı Zəhra Həbib qızı kimyəvi maddə içərək intihar edib.

BiG.AZ apa-ya istinadən xəbər verir ki, 17 yaşlı yeniyetmə qızın meyiti müayinə olunmaq üçün Sabirabad morquna yerləşdirilib.

İntiharın səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparılır

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

"Polis vətəndaşı vurmaz, qoruyar" - İcra başçısı Söyüdlüdə sakinlərlə görüşdü

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov Söyüdlü kəndi ərazisində yeni süni gölün tikintisinə etiraz edən sakinlərlə görüşüb. İcra başçısı kəndə gedərək sakinlərlə söhbət edib. “Polis vətəndaşı vurmaz, vətəndaşı qoruyar” deyə, icra baçısı bildirib.