Məşhur UFC ulduzları Bakıya gələcək

Oxunma vaxtı:29 Saniyə

Məşhur UFC ulduzları Bakıya gələcək.

UFC-nin Şöhrət zalının üzvü və orta çəkidə keçmiş çempionu Maykl Bispinq təşkilatın Azərbaycanda keçiriləcək ilk tarixi turniri çərçivəsində Bakıya gələcək.

Maykl Bispinq, Brendon Fitzcerald və Pol Felder iyunun 21-də “Baku Crystal Hall”da baş tutacaq UFC turnirinin rəsmi şərhçiləri olacaqlar.

Eyni zamanda, UFC dünyasının canlı əfsanəsi Brüs Baffer yarışın oktaqon aparıcısı olacaq.

Gecənin əsas qarşılaşması UFC-nin yarım ağır çəkidə keçmiş çempionu Camal Hill ilə titulun keçmiş iddiaçısı Xalil Rauntri arasında baş tutacaq. Maraqla gözlənilən döyüşlərdən biri isə Azərbaycan təmsilçisi Rafael Fizievlə İqnasio Baxamondes arasında yüngül çəkidə keçiriləcək.

“Report”

Loading

Next Post

Əfv Komissiyasının iclasları başa çatdı - Siyahı Prezidentə təqdim olunacaq

Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün sayca 7-ci və sonuncu iclası keçirilib. Bu barədə “Report”a komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib. O bildirilib ki, iclasda 100-dən artıq müraciətə baxılıb. Bununla da komissiyaya daxil olan müraciətlərə baxılaraq bu il üçün iclaslara yekun vurulub. Müsbət rəy verilənlər müraciətlər […]