“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında görülmüş işlər açıqlanıb

Oxunma vaxtı:37 Saniyə

Logistik imkanlar baxımından əlverişli ərazidə olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında investisiya portfeli 130 milyon manata yaxın olan 16 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb.

Məlumata görə, həmin 19 sahibkarlıq subyekti sənaye parkında ümumilikdə 1 800-ə yaxın daimi iş yeri yaratmağı nəzərdə tutur.

Bu günədək görülmüş işlərə sahibkarlar 35 milyon manatdan çox investisiya yatırıb, 100-ə yaxın daimi iş yeri yaradıb.

200 hektar ərazini əhatə edən parkın 30 %-dən çox hissəsi sahibkarların istifadəsinə verilib. Parkda hazırda 2 müəssisə fəaliyyət göstərir.

Sənaye parkında sahibkarlar indiyə qədər 1,7 milyon manatlıq məhsul satıb və xidmətlər göstərilib. Bundan başqa parkda hazırda 5-dən çox müəssisənin tikintisi istiqamətində işlər görülür.

Loading

Next Post

Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq

Sabah Bakının bir sıra rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb Bildirilib ki, paytaxtın Nərimanov, Səbail, Nizami, Binəqədi və Suraxanı rayonlarındakı mövcud qaz xətlərində görüləcək təmir işlərilə əlaqədar mayın 15-də saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır. Bu səbəbdən […]