Putin İlham Əliyevi təbrik etdi

Oxunma vaxtı:33 Saniyə

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zari-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Böyük Vətən müharibəsində Qələbənin 80-ci ildönümü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Bu yubiley tarixini qeyd edən ölkələrimizin vətəndaşları döyüş meydanlarında və arxa cəbhədə öz güclərini və həyatlarını əsirgəmədən nasist işğalçıları üzərində qələbəni yaxınlaşdıranları lazımınca qiymətləndirirlər.

Əminəm ki, həmin ağır illərdə bərkiyən şanlı dostluq və qarşılıqlı kömək ənənələri gələcəkdə də Rusiya ilə Azərbaycan arasında dostluq, müttəfiqlik münasibətlərinin inkişafı üçün etibarlı zəmin olacaq.

Azərbaycan torpağında yaşayan bütün veteranlara səmimi minnətdarlıq, ürəkdən gələn təbrik sözlərimi, möhkəm cansağlığı, əmin-amanlıq və uzunömürlülük arzularımı çatdırmağı xahiş edirəm”.

Loading

Next Post

Günün qoroskopu: Sözlərinizə güvənin

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edirik Bu gün sanki kainat nəfəsini astaca alıb, səssizcə bizə baxır. 4 mayın işığında bir yavaşlıq, bir zəriflik var – sanki təbiət özü belə bu sakitliyə bürünüb. Qəlbin dərinliklərində sükut danışır, ulduzlar isə o sükutun […]