Müdafiə naziri: Əsgərdən generaladək hər bir hərbi qulluqçumuz torpaqlarımızın azad edilməsinə hazırdır (FOTO)

Oxunma vaxtı:1 Dəqiqə, 6 Saniyə

Sentyabrın 16-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birlik, birləşmə, əlahiddə hərbi hissə komandirlərinin və xüsusi təyinatlı hərbi təhsil müəssisələri rəislərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə görüşüb.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müdafiə naziri cari ilin ötən dövründə döyüş hazırlığı və mənəvi-psixoloji təminat sahəsində fəaliyyətlərin təhlilini aparıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ordu quruculuğuna xüsusi diqqət göstərdiyini qeyd edən Müdafiə naziri Silahlı Qüvvələrin Ali Baş Komandanının ordumuz qarşısında qoyduğu tapşırıqları görüş iştirakçılarına çatdırıb.

Cəbhədəki son vəziyyətə toxunan Müdafiə naziri şəxsi heyətin döyüş hazırlığını və ayıq-sayıqlığını yüksək səviyyədə saxlamağı, eləcə də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdə törədə biləcəyi genişmiqyaslı təxribatların qarşısının dərhal və qətiyyətlə alınmasını əmr edib.

Azərbaycan xalqının Orduya inamının güclü olduğunu xatırladan nazir torpaqlarımızın işğaldan azad edilməsi naminə müqəddəs vəzifənin yerinə yetirilməsinə əsgərdən generaladək hər bir hərbi qulluqçunun hazır olduğunu bildirib.

Orduda həyata keçirilən döyüş hazırlığı tədbirləri, bölmələrin təminat və təchizatı, eləcə də döyüş qabiliyyətinin artırılması məsələlərini diqqətə çatdıran Müdafiə naziri həmçinin tərbiyəvi işin planlı şəkildə aparılması, qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə daim hazır olmaları üçün ideoloji iş və mənəvi-psixoloji təminatın daha da gücləndirilməsi ilə bağlı vəzifəli şəxslərə konkret tapşırıqlar verib.

Müdafiə naziri: Əsgərdən generaladək hər bir hərbi qulluqçumuz torpaqlarımızın azad edilməsinə hazırdır (FOTO) - Gallery Image
Müdafiə naziri: Əsgərdən generaladək hər bir hərbi qulluqçumuz torpaqlarımızın azad edilməsinə hazırdır (FOTO) - Gallery Image

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Yalnız səngərdə deyil, diaspor sahəsində də məğlubiyyət xaricdəki erməniləri qəzəbləndirib (FOTO)

Dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının ürəyində Qarabağ dərdi var. Bu dərdi özləri ilə dünyanın dörd bir yanına aparan soydaşlarımız Qarabağı unutmur və unutdurmur. Xüsusilə, ziyalılarımız hər bir imkandan istifadə edərək Azərbaycan həqiqətlərini yaşadıqları ölkənin ictimaiy­yətinə və dünyaya duyurmağa çalışırlar. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, belə ziyalılarımızdan biri […]