NYT: ABŞ İsrailin mayda İrana zərbə endirmək planını dəstəkləməyib

Oxunma vaxtı:34 Saniyə

İsrail 2025-ci ilin mayında İranın nüvə obyektlərinə zərbə endirməyi planlaşdırırsa da, ABŞ Prezidenti Donald Tramp belə bir addımı dəstəkləmədiyi üçün bundan imtina edib.

Bu barədə “The New York Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, İsrail ABŞ-nin hücumun hazırlanmasında fəal iştirak edəcəyinə və yəhudi dövlətini İranın mümkün cavab zərbəsindən qoruyacağına əmin idi. Hücum vasitəsilə Tehranın nüvə silahı hazırlamaq səylərini ən azı bir il iflic etmək nəzərdə tutulurdu.

Lakin nəşrdə qeyd olunduğu kimi, Tramp İranla fikir ayrılıqlarının diplomatik həlli kursunu seçib və aprel ayının əvvəlində İsrailə ABŞ-nin islam respublikasına qarşı hərbi əməliyyatın keçirilməsini dəstəkləməyəcəyi barədə məlumat verib. Amerika lideri bu məsələni Vaşinqtonda İsrail Baş naziri Binyamin Netanyahu ilə görüşündə qaldırmışdı.

Loading

Next Post

Nazirlər Kabinetinin iki qərarı ləğv edilib

Nazirlər Kabinetinin iki qərarı ləğv edilib.Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Sənədə əsasən, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiya mərkəzlərinin yaradılması haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 138 nömrəli Qərarı ləğv edilib. Həmçinin, “Azərbaycan Respublikası Əmək və Əhalinin […]