Rusiyadan 25 əcnəbi deportasiya ediləcək

Oxunma vaxtı:37 Saniyə

Moskvanın şimalında keçirilən reyd zamanı polis Rusiyada yaşayış rejimini pozan 25 xarici vətəndaşı aşkar edib.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə baş idarəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 10-da polis əməkdaşları Rusiya Federal Təhlükəsizlik Xidmətinin regional bölmələri və “Rosqvardiya” ilə birlikdə paytaxtın Timiryazevski rayonunda yerləşən binada yoxlama aparıblar.

“Daxili İşlər İdarəsinə 59 xarici vətəndaş gətirilib. Onlardan 25-i barəsində Rusiya İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsi üzrə inzibati materiallar tərtib edilib”, – məlumatda vurğulanıb.

Həmçinin polis müəyyən edib ki, onlardan 6-sı əmək müqaviləsi bağlamadan əmək fəaliyyəti ilə məşğul olub.

Xatırladaq ki, bu gün Qırğızıstan Xarici İşlər Nazirliyi (XİN) Rusiya səfiri Sergey Vakunova Moskvanın “Bodrost” hamam kompleksində qırğızın kütləvi saxlanılması və güc tədbirlərinin tətbiqi ilə əlaqədar nota verib.

Loading

Next Post

Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür

Aprelin 15-də görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatından 40 il ötür.Akademik Zərifə Əliyevanın anım günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salırığ. Qədim Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açmış Zərifə Əliyeva zəngin və mənalı ömür yaşayıb. Atası – görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin ömür yolu onun üçün […]