Türkiyə XİN: Ukrayna ilə bağlı danışıqları təşkil etməyə hazırıq

Oxunma vaxtı:20 Saniyə

Türkiyə öz ərazisində Ukrayna ilə bağlı sülh danışıqlarını təşkil etməyə hazırdır.

Bunu ölkənin xarici işlər naziri Hakan Fidan Ankarada rusiyalı həmkarı Sergey Lavrovla danışıqların yekununa dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sülh yolu ilə nizamlanma münaqişənin hər iki tərəfinin – Rusiya və Ukraynanın iştirakı ilə həyata keçirilməlidir.

“Biz hər cür dəstək göstərməyə, sülh danışıqlarını qəbul etməyə hazırıq. Sülh nizamlanmasına təcili ehtiyac var”, – H.Fidan qeyd edib.

Loading

Next Post

Erməni deputatın ölümü - qəza yoxsa qətl? – ŞƏRH

Ermənistan parlamentinin “Hayastan” blokunun deputatı Mher Saakyanın ölümündən bir aydan çox vaxt ötüb. Amma bu günə qədər  də onun başına nə gəldiyi, avtomobilin hansı şəraitdə dərəyə yuvarlandığı və deputatın necə öldüyü aydın deyil. Maraqlıdır ki, İstintaq Komitəsi bu günə qədər də təyin olunmuş ekspertizalarla bağlı rəyləri hələ də almayıb. Qısacası, […]