Tramp Baydeni “Putinin kuklası” adlandırdı

Oxunma vaxtı:28 Saniyə

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkənin hazırkı lideri Co Baydenin Konqres qarşısında etdiyi çıxışın Ağ Ev üçün biabırçılıq olduğunu bildirib.
Tramp sosial şəbəkəsində qeyd edib ki, Co Beyden ölkənin indiyə qədər ən pis çıxış edən prezidenti olub.
O hesab edir ki, Ağ Ev rəhbərinin xalqa illik müraciəti kinlə dolu, mərhəmətdən məhrumdur.
Siyasətçi Baydeni Rusiya prezidenti “Vladimir Putinin kuklası” da adlandırıb. O qeyd edib ki, Amerika lideri Ukrayna və “Şimal axını 2” də daxil olmaqla hər şeyi Moskvaya uduzub.
“O, Putinin, Si Cinpinin və demək olar ki, bütün liderlərin kuklasıdır”, – Tramp bildirib.

Loading

Next Post

İslamafobiyanın təsirləri gələcək nəsillər üçün daha faciəvi olacaq

İslamofobiya sürətlə yayılan xroniki xəstəliyə bənzəyir. Bu problem cəmiyyətdə müxtəlif səviyyələrdə təzahür edir. Düşünürəm ki, islamofobiyanı epidemiya kimi təsvir etmək daha doğru olar. Bu sözləri İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) baş direktoru Mahmut Erol Kılıç martın 8-də Bakıda işə başlayan “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” […]