İmişlidə itən uşağa görə etirazlar BAŞLADI

Oxunma vaxtı:38 Saniyə

İmişlidə 9 aydır itikin düşən 11 yaşlı Rasim Xankişiyevin yaxınları və həmkəndliləri Qaragüvəndikli kəndinin avtomobil yolunu bağlayaraq etiraz aksiyası keçirirlər.

Aksiya səhər saatlarından başlayıb və hələ də davam edir.

Rasimin atası Vasif Xankişiyev bildirib ki, 9 aydır oğlunun itkin düşməsi ilə bağlı istintaqın gedişatında heç bir irəliləyiş yoxdur: “İşin açılmasında vacib rol oynayan insanlar istintaqa cəlb olunmur. Ona görə də istntaqın hərəkətsizliyinə etiraz olaraq məcbur qalıb yolu bağlamaq qərarı verdik ki, şikayətçi olduğumuz şəxlər istintaqa cəlb edilsinlər”.

Qeyd edək ki, 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun ötən il dekabrın 26-da İmişlidə Boztəpə kanalında batması ehtimal olunur.

Faktla bağlı İmişli Rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb.

Sonradan cinayət işi İmişli rayon prokurorluğundan alınaraq Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib./APA

Loading

Next Post

ABŞ səfirliyi: 11 sentyabr terrorundan sonra Azərbaycanın dəstəyini hər zaman qiymətləndirəcəyik

ABŞ-nin Azərbaycandakı səfirliyi 2001-ci il 11 sentyabr terror aktlarında həlak olanların xatirəsini yad edib. Bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib. “Bu gün səfir Mark Libbi və ABŞ-nin Azərbaycandakı səfirliyinin əməkdaşları Nyu-Yorkda törədilən 11 sentyabr 2001-ci il terror aktlarının 2977 günahsız qurbanının xatirəsini ehtiramla yad etmək üçün toplaşıblar. […]