Dominikanda gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 200-ü ötüb – YENİLƏNİB

Oxunma vaxtı:24 Saniyə

Dominikan Respublikasının paytaxtında Santo Dominqoda “Jet Set” gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 218-ə çatıb.

Bu barədə Fövqəladə Hallar Mərkəzinin rəhbəri Xuan Manuel Mendes brifinq zamanı bildirib.

***

Dominikan Respublikasının paytaxtında Santo Dominqoda “Jet Set” gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 184-ə çatıb.

Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Dominikan Respublikasının Prezidenti Luis Abinader Santo-Dominqodakı gecə klubunda baş vermiş faciə ilə əlaqədar üç günlük matəm elan edib.

Xilasetmə işləri davam edir. Uçqunun səbəbləri araşdırılır.

Loading

Next Post

İsrail Suriya ilə bağlı Türkiyə görüşünün təşkilinə görə Azərbaycana təşəkkür edib - YENİLƏNİB

Netanyahunun dəftərxanası Azərbaycanda aprelin 9-da İsrail və Türkiyə rəsmiləri arasında görüşün keçirilməsi faktını təsdiqləyib.Bu barədə TASS məlumat yayıb. İsrail görüşün təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür edib. “Baş nazir Benyamin Netanyahunun göstərişi ilə ötən gün İsrailin Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Xaneqbinin rəhbərlik etdiyi hərbi-siyasi nümayəndə heyəti, həmçinin müdafiə nazirliyi və […]