İkili ixtisaslı müəllimlərə şad xəbər – Sertifikasiyadan bir fənnən imtahan verəcəklər

Oxunma vaxtı:28 Saniyə

“İkili ixtisasa malik müəllim yalnız bir ixtisas üzrə sertifikatlaşdırmadan keçibsə, bu, onun növbəti beş il ərzində pedaqoji fəaliyyətini davam etdirməsinə imkan verir. Əsas meyar kimi müəllimin işə qəbul olunduğu ixtisas götürülür. Bu, eyni zamanda, qanunvericiliyin tələbidir”.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdir müavini Nurlan İsmayıllı deyib.

“Məsələn, fizika-riyaziyyat ixtisası üzrə çalışan bir müəllim ötən il riyaziyyat fənni üzrə sertifikatlaşdırmadan uğurla keçibsə, artıq bu il fizika fənni üzrə həmin prosesə cəlb olunmayacaq. Bu halda müəllim qarşıdakı beş il ərzində hər iki fənni tədris etmək hüququna malik olacaq”, – o bildirib.

Loading

Next Post

Dominikanda gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 200-ü ötüb - YENİLƏNİB

Dominikan Respublikasının paytaxtında Santo Dominqoda “Jet Set” gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 218-ə çatıb. Bu barədə Fövqəladə Hallar Mərkəzinin rəhbəri Xuan Manuel Mendes brifinq zamanı bildirib. *** Dominikan Respublikasının paytaxtında Santo Dominqoda “Jet Set” gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 184-ə çatıb. Bu barədə yerli hakimiyyət orqanları […]