Rusiyada “qanuni oğru” həbs edildi

alfonsonri
Oxunma vaxtı:30 Saniyə

Stavropol Ərazi Məhkəməsi 2004-cü ildə Moskvada kriminal avtoritetlərin iclasında “qanuni oğru” statusu almış 48 yaşlı Qaraçay-Çərkəz sakini barəsində hökm çıxarıb.

Dogrusoztv.az rus mətbuatına istinadən xəbər verir ki, o, “Cinayət aləmində ən yüksək vəzifə tutma” maddəsi ilə təqsirli bilinib.

“17 ildən artıqdır ki, o, Rusiyanın cənubunda, o cümlədən Stavropol diyarında fəaliyyət göstərən kriminal elementlərə rəhbərlik edib və dəfələrlə kriminal mühitdə maliyyə və digər münaqişələrin həllində iştirak edib”, – KİV yazıb. 

Bildirilir ki, məhkəmə qanuni oğrunu 100 min rubl cərimə və 1,5 il azadlığın məhdudlaşdırılması ilə ciddi rejimli koloniyada 8 il müddətinə azadlıqdan məhrum edib.

Loading

Next Post

Sədərək Gömrük Postunun rəisi dəyişib <strong>- ƏMR</strong>

Naxçıvan Muxtar Respublikası Sədərək Gömrük Postunun rəisi vəzifəsindən uzaqlaşdırılıb. Dogrusoztv.az apa-ya istinadən xəbər verir ki, Nicat Mahmudov öz ərizəsi ilə işdən azad edilib. Artıq postun yeni rəisinin də adı məlumdur. Belə ki, Astara Gömrük Postunun rəis müavini Kənan Heydərli Sədərək Gömrük Postunun rəisi təyin olunub.