UEFA Çempionlar Liqası: “Qarabağ” bu gün Xorvatiya klubu ilə qarşılaşacaq

Oxunma vaxtı:24 Saniyə

“Qarabağ” klubu bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiya təmsilçisi “Dinamo” ilə cavab matçına çıxacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 20:45-də səsləndiriləcək.

Görüşü İngiltərədən olan baş hakim Maykl Oliver idarə edəcək.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunu

20 avqust

“Qarabağ” – “Dinamo” (Xorvatiya)

Baş hakim: Maykl Oliver (İngiltərə).

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

Qeyd edək ki, tərəflər arasında baş tutan ilk oyun Xorvatiya klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Loading

Next Post

Ermənilər Naxçıvanı ATƏŞƏ TUTDU

Avqustun 28-i saat 06:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.