Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən intensiv atəşə tutulub

Oxunma vaxtı:20 Saniyə

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini müxtəlif istiqamətlərdən intensiv atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, aprelin 6-sı axşam saatlarından aprelin 7-si saat 04:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Qarakilsə, Basarkeçər, Keşişkənd, Tovuzqala və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə intensiv atəşə tutub.

Azərbaycan bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Loading

Next Post

Ukraynanın Azərbaycandakı səfirliyində bayraq endirildi - Başsağlığı kitabı açılacaq

Ukraynanın Azərbaycandakı səfirliyində Rusiya ordusunun Ukraynanın Krivoy Roq şəhərinə hücumu nəticəsində həyatını itirənlərin xatirəsinə başsağlığı kitabı açılacaq.Bu barədə Ukrayna səfirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycandakı səfirlikdə matəm əlaməti olaraq Ukraynanın dövlət bayrağı yarıya qədər endirilib. “Ürəyimiz Krivı Roqdakı qurbanlar və Rusiya təcavüzü nəticəsində hər gün itirilən bütün insanlar üçün ağrıyır”. […]