Laçın yolundakı aksiyanın 64-cü GÜNÜ

alfonsonri
Oxunma vaxtı:27 Saniyə

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq 64 gündür ki, davam edir.

Havanın soyuq olmasına baxmayaraq aksiya iştirakçıları etirazlarını davam etdirirlər.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

Loading

Next Post

<strong>Bakının əsas yollarında TIXAC var</strong>

Paytaxt yollarındakı son vəziyyət açıqlanıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, hazırda bəzi yollarda sıxlıq müşahidə edilir. Həmin yolların siyahısını təqdim edirik: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 3. Heydər Əliyev prospekti, kənar […]