Azərbaycanda ən uzun oruc bu gün OLACAQ

Oxunma vaxtı:46 Saniyə

Bu gün Azərbaycanda Ramazan ayının sonuncu günüdür. Martın 30-31-i ölkəmizdə Ramazan bayramı qeyd ediləcək.

Bu gün imsak saat 05:02-də olub, iftar isə 19:19-da açılacaq.

Bu da 14 saat 17 dəqiqəlik oruc deməkdir.

Qeyd edək ki, dünyanın müxtəlif bölgələrində günəşin doğuş və batış vaxtları fərqli olduğundan, imsak və iftar vaxtları arasında müddət də ölkələr arasında əhəmiyyətli dərəcədə dəyişir.

Şimal qütbünə yaxın yerləşən Reykyavikdə günəşin batma və çıxma vaxtları arasında böyük fərqlər olur. 2025-ci ilin mart ayında burada oruc müddəti təxminən 16-17 saat arasında dəyişəcək. 

Şimal Avropada yerləşən Osloda da ruc tutanlar üçün günlər uzundur. Mart ayında oruc müddəti təxminən 15-16 saat olacaq.

Keyptaun, Cənubi Afrika: Cənub yarımkürəsində yerləşən Keyptaunda mart ayında günlər daha qısadır. Burada oruc müddəti təxminən 11-12 saat arasında olacaq. Cənubi Amerikanın cənubunda yerləşən Buenos Ayresdə də oruc müddəti nisbətən qısadır. Mart ayında burada müsəlmanlar təxminən 12-13 saat oruc tutacaqlar.

Loading

Next Post

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,01 ABŞ dolları, yaxud 0,01 % azalaraq 76,05 ABŞ dolları təşkil edib.Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 74,49 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı […]