Myanmada yenidən zəlzələ olub, dağıntılar var – YENİLƏNİB

Oxunma vaxtı:24 Saniyə

Myanmada yenidən 6,4 maqnitudalı zəlzələ olub.

Çinin Seysmologiya İdarəsinin məlumatına əsasən, yeni təkanlar maqnitudası 7,9 qiymətləndirilən ilk zəlzələdən 12 dəqiqə sonra baş verib.

Sosial şəbəkə istifadəçilərinin paylaşdıqları foto və videolara əsasən, bəzi evlər, həmçinin körpü uçub.

Axtarış-xilasetmə işləri başlayıb. Ölən və yaralananlar barədə hələlik məlumat verilmir.

***

Myanmada 7,7 maqnitudalı zəlzələ baş verib.

Bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.

Təkanlar Banqladeş, Hindistan, Tailand, Laos və Çində də hiss edilib.

Zəlzələnin hiposentri 30 km dərinlikdə yerləşib.

Loading

Next Post

Ramazan bayramında namaz vaxtı açıqlanıb

Azərbaycanın bütün məscidlərində martın 30-da Ramazan bayramı münasibətilə bayram namazları qılınacaq. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb.  Qeyd edilib ki, Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08.00, Təzəpir məscidində 09.00-a təyin edilib. QMİ-nin məlumatında bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumata görə, bu […]