Qərb Zelenskini zərərsizləşdirmək istəyir – Medvedevdən qəribə İDDİA

Oxunma vaxtı:24 Saniyə

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Polşada Ukrayna prezidenti Volodimir Zelenskiyə qarşı sui-qəsd cəhdinə hazırlıqla bağlı yayılan məlumatları şərh edib.
“Bu, yəqin ki, Qərbin onu məhv etmək qərarına gəldiyinin ilk sübutu ola bilər”, – Medvedev belə deyib.
Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.(RİA)

Loading

Next Post

Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazır

“Ölkələrin suveren hüquqlarına hörmət etmədən səfirlikləri vasitəsilə casusluq və digər qanunsuzluqlara yol verən Fransa dövlət strukturları növbəti dəfə Fransanın imicinə xələl gətirən beynəlxalq qalmaqalla üzləşiblər. Bu barədə dövri silsilə yazılarla çıxış edən “Observer Online”-nın 18.04.2024-cü ildə yayımlanan “Fransaya növbəti dəfə qapını göstərdilər” başlıqlı məqaləsində qeyd edilir.  Məqalədə deyilir: “Azərbaycanın təhlükəsizlik orqanında gedən […]