Ramazan bayramında namaz vaxtı açıqlanıb

Oxunma vaxtı:30 Saniyə

Azərbaycanın bütün məscidlərində martın 30-da Ramazan bayramı münasibətilə bayram namazları qılınacaq.

Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb. 

Qeyd edilib ki, Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08.00, Təzəpir məscidində 09.00-a təyin edilib.

QMİ-nin məlumatında bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumata görə, bu il Şəvval ayının 1-i Ramazan bayramı, Miladi təqvimlə martın 30-na təsadüf edir. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü – Bayram axşamı şam namazından sonradır. 

Qazılar Şurasının Fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.

Loading

Next Post

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında martın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 759 […]